BDU-da “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi keçirilib

BDU-da “Heydər Əliyev məktəbi”nin növbəti məşğələsi keçirilib

Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilib. SİA-nın xəbərinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov deyib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Rektor xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Sonra Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, BDU-nun kafedra müdiri, professor Tofiq Hacıyev çıxış etmiş, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə