Tovuzdakı musiqi məktəbi ilə bağlı “Azadlıq” qəzetində dərc olunan yazı təkzib edildi
Bir müddət öncə "Azadlıq" qəzetində Tovuz rayonundakı musiqi məktəbi ilə bağlı dərc olunan yazı müəllimlərin narazılığına səbəb olub. SİA-nın xəbərinə görə, yazıda qeyd olunur ki, Aşıq Əsəd Rzayev adına Tovuz şəhər 7 illik uşaq musiqi məktəbinin müəllimləri adından "Azadlıq"a şikayət məktubu gəlib. Şikayət məktubunda göstərilir ki, guya direktor Arifə Əsgərova qanunsuz olaraq hər ay müəllimlərdən 5-10 manat pul yığır. Məktəbdə total maxinasiyalar ucbatından ora komissiya gəlib. Bu komissiyanı "yola salmaq" üçün isə 20 min manat pul tələb olunub. Bu məbləği ödəmək üçün 150 manat yeni, 170 manat isə köhnə müəllimlərdən yığılıb. Bundan başqa göstərilir ki, təyinatı heç cür açıqlanmayan və şəffaflığı olmayan bir fonda şagirdlərdən 4 manat "fond pulu" yığılır. Bunu verməyən şagirdə qapını göstərib qovurlar. Pedaqoji kollektivdən və şagirdlərdən yığılan kapitala baxmayaraq o pulla məktəbdə elementar şəraitin yaradılmaması da şikayətdə əks olunub. Məktubda göstərilir ki, sinif otaqlarında isitmə sisteminin olmaması onların çoxunda ağır xəstəliklər yaradıb.
"Azadlıq" qəzetinin Tovuzda korrupsiya başlığı altında dərc olunmuş məqaləyə etiraz olaraq həmin məktəbin kollektivi yığıncaq keçirib. Məqalədə göstərilən neqativ halların heç birinin məktəbdə öz əksini tapmaması müəllimlər tərəfindən sübuta yetirilib. Qəzetin məktəbə qarşı qoyduğu faktların yalan olduğu aşkar edilib. Məktəbin 10 müəllimi A.O.Rzayev adma Tovuz şəhər 7 illik uşaq musuqi məktəbinin müəllimləri belə faktların məktəbdə olmadığını imzaları ilə təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB