Şəmsəddin Hacıyev: \"Təhsilin hər bir pilləsini əhatə edən Təhsil Məcəlləsi hazırlanmalıdır\" - MÜSAHİBƏ
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məslisin Elm və təhsil Komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyevin SİA-ya müsahibəsi:
- Bu gün Azərbaycanın elm və təhsil sahəsində hələ də öz həllini gözləyən nə kimi problemlər mövcuddur?
- Təhsilin problemləri digər sahələrdə olduğu kimi az deyil. Onlardan biri xüsusilə, təhsil verənlərin səviyyəsi ilə əlaqədardır. Yəni, müəllim problemi təhsilin bütün pillələrində, səviyyələrində nəzərə çarpır. Bu sahədə ciddi işlərin görülməsinə böyük ehtiyac var. Bu gün Azərbaycan təhsilində, xüsusilə, ali təhsildə çalışanların böyük əksəriyyətinin yaşı 65-70-dən yuxarıdır. Yəni yaşlı nəsli əvəz edəcək müasir təfəkkürlü, kriativ düşüncəli, dünya təhsil və elm məkanında baş verən prosesləri laızmınca qiymətləndirə, beynəxlaql səviyyədə tədqiqatlar apara bilən kadrlara çox böyük ehtiyac var. Bütün təhsildə yaradılan infrastruktur, maddi-texniki bazaın inkişafı, yeni təlim metodlar, İKT tətbiqinin yeganə məqsədi var ki, bu da təhsilin keyfiyyətini qaldırmaq, təhsilin bilavasitə bazarın təlabatına müvafiq olaraq mütəxəssislər hazırlanmasına təminat verməsidir. Bu sahədə hələ də problemlərimiz var. Elm, təhsil və istehsalatın, iqtisadiyyatın inteqrasiyasına, vahid vəhdətinə nail olunması problem kimi bugün də bizim qarşımızdadır. Son illərdə heç bir dünya ölkəsində olmayan təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Çox qısa bir müddətdə 2 mindən çox məktəb tikilərək istifadəyə verilib, 300-dən çox məktəb Heydər Əliyev Fondu tərəfindən tikilib və müasir avadanlıqlar. İKT ilə təmin olunub. Bütün bunların hamısı təhsilin keyfiyyətinin yüksəlməsinə yönəlib. Amma bu sahədə hələ də problemlər var. Azərbaycanda bu gün təmirə ehtiyacı olan və yaxud yeni məktəblərin tikintisinə ehtiyac olan regionlar və məktəblərimiz çoxdur. Çünki 4 minə yaxın məktəbdən 3 minə yaxını təmir olunub, tikilib və s. Bundan əlavə, xaricdə təhsillə bağlı dövlət proqramı büövlükdə yerinə yetirilməlidir. Ali və orta ixtisas təhsili üçün yataqxana çox mühüm bir problemdir, öz vətəndaşlarımızla yanaşı xarıcı ölkədən gələn tələbələrin ali təhsildən yararlanması və daha çox faydalanması üçün böyük imkanlardan biri kimi məsələni qaldırmalıyıq. Hələ ki, təhsilin bütün pillələrini əhatə edən qanunvericilik bazasını yaratmamışıq. Təhsil Haqqında qanun qəbul edilsə də təhsilin hər bir pilləsini əhatə edən qanunlar yazılmalı, onlar təsdiq olunmalı və sonda Təhsil Məcəlləsi ortaya qoyulmalıdır. Bu il Milli Məclisin iş planında 2 qanunun qəbul edilməsi planlaşdırılır. Yaxın günlərdə Azərbaycanın Elm siyasəti haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Bir qədər sonra Ali Təhsil Haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Artıq Ümumi orta təhsil haqqında qanunun yaradılması lə bağlı işçi qrupu yaradılıb. Bizim portfelimizdə təhsil krediti haqqında qanun layihəsinin də yaz sessiyasında müzakirəyə çıxaırlaraq qəbul edilməsi planlaşdırılır. Bir sözlə, təhsildə görülən işlər hədsiz dərəcədə çoxdur. Bunlar bilavasitə ölkə rəhbərinin diqqəti, göstərişləri, dəstəyi sayəsində mümkün olub. Ancaq bununla yanaşı gələcəkdə görüləcək işlərin miqyası da çoxdur. Biz elə etməliyik ki, bugün Azərbaycan təhsili rəqabət qabiliyyətli Avropanın ən inkişaf etmiş təhsil səviyyəsinə çatmalıyıq. Bunun üçün bütün imkanlar var, lazımi şərait yaradılıb. Biz isə üzərimizə düşən vəzfəni vicdanla yerinə yetirməliyik. Cəmiyyətimizə yalnız təhsilin inkişafı kimi baxmaq olmaz, bu sahə cəmiyyətin inkişafını təmin edən sahələrdir. Təhsil və elm inkişaf etdikcə ölkəmiz daha çox inkişaf edir. Ölkəmizin həm siyasi sabitliyi, iqtisadi və sosial inkişafı bilavasitə bu sahənin inkişafı ilə bağlıdır. Bu sahədə çox ciddi işlər görülür və görüləcək.
- Yeni qanunların qəbulu mövcud problemlərin həllinə istiqamət verə və yaxud da qarşısını ala biləcəkmi?
- Qanunvericilik və təhsil problemini qarışdırmaq olmaz. Təhsil sistemində qanunvericiliklə əlaqədar müəyyən bir neqativlər varsa və ya yalnız qanun müstəvisində həll olunası məsələ varsa, burada qanunvericiliyin yaradılması çox müsbət rol oynayır. Ümumiyyətlə, biz hüquqi dövlət və azad vətəndaş cəmiyyəti, sosial yönümlü bazar iqtisadiyyatı yaradırıq. Təkminləşdirilmiş qanunvericilik bazası olmadan inkişaf təmin oluna bilməz. Ona görə də bu qanunların yaradılması istənilən rakurs yanaşdıqda vacib və zəruridir. Bu sahədə Milli Məclisin, Təhsil Nazirliyi və digər təhsillə əlaqəli olan orqanlarla sıx təmasda birgə iş aparmalıyıq.
Təhsil sahəsi üzrə mühüm dövlət proqramların yerinə yetirilməsi istiqmaətində çox ciddi addımlar atılacaq. Xüsusilə də kadr təminatı sahəsində çox ciddi işlər görüləcək. Artıq xaricdə təhsil alan bizim gənclərimiz geri qayıdırlar. Biz onlardan maksimum istifadə etməli və Onları pedoqoji fəaliyyətə cəlb etməliyik. Artıq üç ildən artıq idi ki, doktoranturaya qəbul aparılmırdı. Bu il artıq bu işə başlandı. Bu mənbə elmi pedaqoji kadrların hazırlanmasında yeni mənbədir. Təhsilə ayrılan külli miqdarda büdcə vəsaitindən tam səmərəli istifadə olunması, dövlət proqramlarının aparılması istiqamətində çox ciddi səylər göstərilməlidir. Xüsusilə də xaricdə təhsillə bağlı təhsilin maddi-texniki bazasının, infrastukturun yaradılması, yataqxana tikintisi ilə bağlı mühüm işlər görülməlidir. Ölkə rəhbərisərəncamı ilə bir neçə yataqxananın boşaldılması və yenilərinin tikilməsinə başlanılacaq. Bu da ali təhsil sisteminin təhsilin digər pillələrinin inkişafında çox mühüm töhfə olacaq.
- 2012-ci ildə Azərbaycan elm və təhsilində nə kimi yeniliklər gözlənilir?
- Təbii ki, bu proqramların yerinə yetirilməsi davam etdiriləcək. Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi irəliləyişlər baş verir. Əlbəttə ki, təhsil ondan geri qala bilməz. Tarazlı inkişaf, sistemli inkişaf cəmiyyətin bütün sahələrinin tarazlı inkişafını tələb edir. Bu təkcə mərkəzin yox hətta regionların inkişafına da təsir edir. Ona görə də təhsili inkişaf etdirmədən hansısa sahəni inkişaf etdirmək bu kompleks inkişafı təmin edə bilməz. Əsas sistemli inkişaf bütünlükdə inkişafdır. Təhsil sahəsi digər sahələrdən öndə getməkdədir. Çox təəssüf ki, biz hələ gedən proseslərin arxasındayıq. Amma biz çalışmalıyıq ki, elm-təhsil sahəsi cəmiyyəti öz ardınca aparsın. Yeni ideyalar elmdən təhsildən irəli gəlməlidir. Əgər yenim ideyalar yoxdursa burada durunluq yaranır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB