Azərbaycan Dillər Universitetində fakültələr arasında "Eurovision" formatında mahnı müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib. Müsabiqədə universitetin 5 fakültəsi - 1 və 2 saylı İngilis dili, Regionşunaslıq və Beynəlxalq münasibətlər, Tərcümə və Filologiya fakültələri çıxış ediblər.
Səsvermə keçirilib və yarışmanın qalibi açıqlanıb. Belə ki, 2 saylı İngilis dili fakültəsi 46 səslə 1-ci yerə, 1 saylı İngilis dili fakültəsi 40 səslə 2-ci yerə, Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsi 37 səslə 3-cü yerə, Tərcümə fakültəsi 33 səslə 4-cü yerə, Filologiya fakültəsi 29 səslə 5-ci yerə layiq görülüb.
Universitetin rektoru, professor Səməd Seyidov çıxışı zamanı qeyd edib ki, bu yeni fikir, təşəbbüs Azərbaycan Dillər Universitetində yaranıb və tələbələr bunu ən yüksək səviyyədə təqdim ediblər. Səməd Seyidov bildirib ki, "ADU qabiliyyətləri üzə çıxarmaq üçün tələbələrə bütün imkanları verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB