Orta təhsil müddəti 12 il ola bilər

Orta təhsil müddəti 12 il ola bilər

"Təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib". SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ilin tələbə qəbulunun yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. O bu məsələnin hələlik müzakirə olunduğunu deyib. Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: "Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər".


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə