Şəmsəddin Hacıyev: \"2011-ci il ölkədəki inkişaf təhsil və elm sferasında da öz nəticəsini göstərib\" - MÖVQE
2011-ci il ölkədəki inkişaf təhsil və elm sferasında da adekvat olaraq öz nəticəsini göstərib. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev 2011-ci ilin təhsil yekunlarını şərh edərkən deyib. O bildirib ki, Azərbaycan təhsilinin inkişafına dair dövlət proqramları uğurla icra olunub.
Onun sözlərinə görə, bu gün Azərbaycan təhsilində 16-dan çox dövlət proqramı uğurla icra olunur, ölkənin, xüsusilə ali təhsilin parametrləri yüksəlib, təhsil sistemi Avropa təhsil məkanına uğurla inteqrasiya olunur: \"Demək olar ki, Boloniya sistemi başa çatdırılıb, təhsilin qanunvericilik sistemi günbəgün möhkəmləndirilir, təhsil haqında qanun öz gücüylə bütün fəaliyyətini göstərir. Təhsilə xüsusi dövlət qayğısı var. 2012-ci ilin dövlət büdcəsi təsdiq olunub və burada təhsilə və elmə ayrılan vəsait 1,5 milyarda qədərdir ki, bu da çox böyük bir rəqəmdir. Bu gün artıq təhsilə təhsil və elm üçün vəsiat çatışmazlığından danışmaq olmaz. Əksinə vəsait kifayət qədər ayrılır və bundan səmərəli, düzgün şəkildə istifadə etməkdir. Təhsil cəmiyyəti qarşısında prezidentin irəli sürdüyü məsələlərin həll olunmasına bütün təhsil işçiləri səylə çalışmalıdır\".
Onun fikrincə, bu uğurlarla yanaşı təhsilin bütün problemlərinin həll olunduğunu söyləmək çətindir. Ş.Hacıyev qeyd edib ki, təhsilin problemləri digər sahələrdə olduğu kimi az deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB