Göygöl rayonunda ilk dəfədir ki, bir ildə 3 məktəb binasının tikintisi aparılır
"Əsasən dağ kəndlərində olan təhsil müəssisələrinin binaları yeniləri ilə əvəz olunmaqdadır. Təhsil Nazirliyinin vəsaiti hesabına Zurnabad kənd orta məktəbinin inşası artıq yekunlaşmaq üzrədir. Bundan əlavə daha iki tədris müəssisəsində tikintiyə başlanılıb. Söhbət Quşqara və Qızxılca kəndlərindəki məktəblərdən gedir". Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, hər üçün məktəb növbəti təhsil üçün tam istifadəyə verilməlidir.
Rəsmi statistikaya görə, Göygöldə 50 orta məktəb var. Burada 9 mindən artıq şagird təhsil alır. Rayonda qəzalı vəziyyətdə olan tədris ocaqları olmasa da, təxminən 20-ə yaxın bina uyğunlaşdırılan tikililərdə yerləşdirilib. Elə əsas məqsəd də belə məktəblər üçün yeni binların inşa olunmasıdır.
İstifadəyə veriləcək orta ümumtəhsil ocaqlarında isə bütün imkanlar yaradılacaq. İstilik təhcizatı, pedaqoqlar və şagirdlər üçün lazımı imkanlar tətbiq edilcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB