Doğu Akdeniz Universitetinin rektoru Azərbaycan Turizm İnstitutunda olub

Avropanın ən nüfüzlu univeristetlərindən sayılan Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin rektoru, prof., dr. Abdullah Y.Öztopraq Azərbaycan Turizm İnstitutunun qonağı olub. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov həmkarının hər zaman olduğu kimi instituta növbəti səfərindən məmnun qaldığını xüsusi vurğulayıb, dövlət statuslu ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin bundan sonra da fayda verəcəyinə əminliyini bildirib. C.Cəfərov turizm sənayesinin tələblərinə rəğmən ixtisaslı kadr hazırlığını həm Azərbaycan, həm də Şimali Kipr Türk Cümhuriyyəti üçün başlıca məqsədlərdən biri kimi dəyərləndirib.

Doğu Akdeniz Univeristetinin rektoru, prof., dr. Abdullah Y.Öztopraq səmimi qarşılandığını dilə gətirib, söhbət əsnasında bu dəfəki görüşün konturlarını açıqlayıb. A.Öztopraq 2012-ci ilin aprel ayında "Universitetlərdə liderlik və idarəçilik:problemlər və uğurlar " mövzusuna həsr ediləcək simpozium işində Azərbaycandan 6 universitetin, o cümlədən Azərbaycan Turizm İnstitutundan müvafiq şəxslərin iştirakı, yay məktəbinin fəaliyyətini şərtləndirən mübadilə prosesinin planlaşdırılması və qurulması, ATİ əməkdaşları üçün gələn il yanvarın 29-dan fevralın 4-dək "Turizm və Qonaqpərvərlik menecmenti"kurrikulumun təkminləşdirilməsi mövzusunda keçiriləcək beynəlxalq kursun təşkili məsələləri müzakirə predmeti olub.

Görüşdə ATİ-nin prorektoru E.Aslanov, Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı N.Nəsirli, Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Ş.Əhmədova iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə