ATİ əməkdaşı Moskvada keçirilən beynəlxalq tədbirdə iştirak edib

ATİ əməkdaşı Moskvada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Rusiya Federasiyasının Moskva şəhərində Turizm və Servis Ali Təhsil Müəssisələri Assosasiyasının təşkilatçılğı ilə "Beynəlxalq ikili diplom proqramlarının hüquqi aspektləri və təşkili texnologiyası" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, Rusiya Dövlət Turizm və Servis Universitetinin filialı Turizm və Qonaqpərvərlik İnstitutunda keçirilən tədbirdə Azərbaycan Turizm İnstitutu Tədris şöbəsinin müdiri Nərminə Abdullayeva iştirak edib.

Seminarı giriş sözü ilə Tədris-Metodiki Birliyinin sədr müavini Yekaterina Vladimirovna açmışdır. Bir gün davam edən tədbirdə Boloniya prosesi- 2010-cu ilə qədər və sonrakı dövr, birgə tədris proqramları və digər məsələlər geniş müzakirə olunub. Seminar başa çatdıqdan sonra Tədris-Metodiki Birliyinin sədr müavini Yekaterina Vladimirovna və Nərminə Abdullayeva əsasən yay məktəbi və tələbə mübadiləsi məsələlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə