Belaruslu həkimlər 11 azərbaycanlı uşaq üzərində ürək əməliyyatı keçirib
Azərbaycan – Belarus arasında xidmət sahəsində qarşılıqlı tərəfdaşlıq dərinləşməkdədir. SİA-nın məlumatına görə, bu barədə məlumatı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə açıqlanmasında bildirib: "Hazırda Belorusun nəqliyyat sahəsində göstərdiyi xidmətlərin səviyyəsi 135 faiz təşkil edir. Burada ən öndə duran xidmətlər dəniz nəqliyyatı ilə bağlıdır. Yüksək inkişaf tempi kompüter xidmətləri (144 faiz), təhsil xidmətləri (142 faiz), tibb xidmətlər sahəsində (126 faiz) də gedir.
N. Patskeviç bildirib ki, tibbi və təhsil sahəsində də ikitərəfli əməkdaşlıq inkişaf edir: "Bu il bir qrup belaruslu həkim kardioloq Azərbaycanlı həmkarları üçün master-klas, və elmi praktik konfranslar keçiriblər. Səfər çərçivəsində belaruslu həkimlər azərbaycanlı həmkarları ilə birgə 11 azyaşlı üzərində ürək əməliyyatı da keçiriblər. Təhsil sahəsində isə əldə olunan razılaşmaya görə isə 2012-ci il 1 sentyabrda Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Belorusun ali təhsil müəssisələrinə göndəriləcəklər. Qeyd edim ki, hazırda 300 azərbaycanlı tələbə Belorusda təhsil alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB