Bərdədə azyaşlı uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədilə səhiyyə festivalı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə uşaqların ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib, balacaların əl işləri nümayiş olunub.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin, rayon səhiyyə şöbəsinin dəstəyi ilə reallaşan tədbirdə ümumilikdə 150-dən çox uşaq iştirak edib.
Analoji tədbirlər vaxtaşırı rayonun ucqar yaşayış məntəqələrində keçirilir. Bu maarifləndirmə işləri yetişməkdə olan nəslin düşüncə tərzində və formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.
Rəsmi hissədən sonra məktəblilərin ifasında musiqi parçaları, kiçik tamaşalar, ifa olunub, yaradıcı uşaqların əl işlərindən ibarət sərgi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB