2012/2013-cü tədris ilində 35 adda dərslik, 45 adda müəllim üçün metodik vəsait hazırlanacaq
2012/2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin şagird kontingentinin 105%-i həcmində dərslik və müəllim üçün metodik vəsaitlər çap ediləcək. Bunu SİA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. O bildirib ki, gələn tədris ili üçün I siniflər üçün 12 adda dərslik, 20 adda müəllim üçün metodik vəsait, V siniflər üçün isə 23 adda dərslik, 25 adda müəllim üçün metodik vəsait hazırlanacaq.
F.Şahbazlı kitabların hazırlanma texnologiyası barədə də ətraflı məlumat verib: "Çapı nəzərdə tutulan dərsliklər tender yolu il hazırlanır. Bir il öncədən bunun üçüb tender elanı verilir. I-V siniflər üçün qaydalar belədir ki, tender elanı verilir və burada hansı dərsliklər və ya dərslik komponentlərin hazırlanacağı göstərlir. Nəşriyyat poliqrafiya müəssisələri öz müəlliflərini seçir, anonim şəkildə tenderdə iştirak etmək bardə təkliflər verir. Göstərilən müvafiq müddətdə bunun əsaında dərsliklər toplusunu hazırlanır. Bundan sonra nəşriyyat poliqrafiya müəssisələrinin iştirakı ilə bir yerdə tender komissiyasının iclasında təqdim etdiyi bağlı qutular açılır, kodlaşdırılır. Hər bir nüsxə möhürlənir və o kodlar xüsusi seyfdə saxlanılır. Nazirin əmri ilə onlar dərsliklərin qiymətləndirmə şurasına verilir. Burada konkret meyarlar əsasında bu dərsliklər qiymətləndirilir. Bundan sonra nəticələr şuranın iclasında müzakirə olunur və təsdiq olunur. Hansı keçid balını toplayıbsa, qiymətləndirmə şurasının imzası ilə nazirə göndərilir. Ondan sonra şurasının iclasında həmin nəticələr kodlaşdırılmış şəkildə açılır. Lazımi balı toplayanlara maliyyə vəsaiti açılır və teder komissiyasınınz qərarına əsasən müvafiq qadalara cavab verəbi keçir. Sonradan mövcud qeydlər həmin müəllifə göndərilir ki, göstəırilən səhvlər aradan qaldırılması, onu həll etmək mümkün deyil. Onlar həmin qeydləri yenidən işləyir, 0-a endirir, ondna sonra ekspertlərin iştirakı ilə düzlişlər yoxlanılır. Sonda bütün qaydları keçən kitab nazirliyə təqdim olunur və o çap olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB