ADU-da Yapon mətbəxi günü qeyd olundu

ADU-da Yapon mətbəxi günü qeyd olundu

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyada təhsil alan və JİCA təşkilatının təşkil etdiyi təlimlərdə iştirak edən tələbələrin təşkilatçılığı ilə "Yapon mətbəx"i günü qeyd edilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, səfirin xanımı və ADU-nun tələbələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd Yaponiya və Azərbaycan arasında olan mədəni, iqtisadi və dostluq münasibətlərini daha da möhkəmləndirməkdir. Eyni zamanda, Yaponiya mətbəxini azərbaycanlı tələbələrə tanıtmaqdır.

Tədbirə yarışma şəklində təşkil olunub və komandalar Yaponiya yeməkləri hazırlayıblar. Qalib komanda səsvermə ilə müəyyən olunub. Ən çox səs toplayan komanda isə Yaponiya Azərbaycan Məzunlar Assosasiyası tərəfindən təltif olunub.

Qeyd edək ki Yaponiya Azərbaycan məzunlar assosasiyası 2003-cü ildən fəaliyyət göstərir və 300-dən çox üzvü var.

Bütün xəbərlər Facebook səhifəmizdə