Məktəblərdə yeni il şənliyi keçirilməyəcək

Məktəblərdə yeni il şənliyi keçirilməyəcək
Buil də hər il olduğu kimi məktəblərdə yeni il şənlikləri yalnız rəsmi hissədən ibarət olacaq. Bunu SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, bəzi orta məktəblərdə və hətta uşaq bağçalarında Yeni il şənliklərinin təşkil olunması üçün uşaqlardan pul yığılması ilə bağlı söz-söhbətlər gəzir. Bunlar doğru deyil, nazirliyin bu sahədə qərarı var. Məktəblərdə Yeni il bayramının yalnız bədii hissəsi keçirilə bilər. Hər hansı süfrə açılması və ya əlavə şənlik təşkil olunmasından, eləcə də bu məqsədlə pul yığılmasından isə söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə