Dərman çatışmazlığı uşaqları \"xərçəng\"ə qurban edir - ARAŞDIRMA
Qan xərçənginə tutulmuş uşaqların müalicəsi ilə bağlı bu gün cəmiyyətdə mövcud problemlər qalmaqdadır. SİA-nın xəbərinə görə, mövcud şəraitin, dərmanların, aparatlar olmadığından xəstə uşaqların bir çoxu müalicə olunmaq üçün xarici ölkələrə aparılır. Valideynlərin bir çoxu bu xəstəliyin müalicə olunması üçün dərmanların pulsuz olduğu olda bu gün uşaqların müalicəsinə həmin dərmanlar sərf olunmur. Onların fikrincə, belə uşaqların çoxunun dünyasının dəyişməsi də bir çox hallarda dərman çatışmazlığı ilə bağlıdır.
Hemotologiya və Transfuziologiya Elmi Tədqiqat İnstitutunun uşaq şöbəsinin müdiri Gülnarə Hacıyeva hazırda 120-150 belə xəstənin qeydiyyatda olduğunu deyib: "Onların 50%-i isə ölkədən kənarda müalicə alır. 2010-cu ildə isə 76 xəstə qeydiyyatdan keçib. Xəstələr ilk öncə 1 ay müalicə olunaraq bir neçə etap keçir. Siyahıda olan dərmanların isə bəzi hallarda çatızmadığı hallar müşahidə olunur. Belə olan halda dərmanları valideynlər özləıri almaq məcburiyyətində qalır. Elə dərmanlar varki, adları Milli Ankologoiiya Mərkəzinin pulsuz dərmanlar siyahısında var. Amma onları hələki biz də görməmişik. Xəstələrin müalicəsi üçün mərkəzdə 15 kanyo ayrılıb ki, bu da onların sayı ilə müqayisədə azdır. Xərçəng xəstəliyinin həlli istiqamətində müəyyən işlər görülür, amma çox zəif gedir".
Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova da mövcud problemlərin olduğunu deyib. Onun sözlərinə görə, bu gün valideynlər uşaqlarının müalicəsi üçün pulsuz dərmanlardan istifadə edə bilmir: "Bir çox dərmanların lazımı olan siyahıda ola-ola, bizim valideynlər onları apteklərdən alır. Məsələn, "NEOPAJEN" dərmanı 100-120 manata satılır, amma bu, pulsuz verilən dərmanların siyahısındadır. Apteklərdəki qiymətlər isə günbəgün qalxır. Valideynlər bilmirlər nə etsinlər, çarəsiz vəziyyətdə uşaqlarının ölümünü gözləyirlər. Bu yaxınlarda bir valideyn Hematologiya İnstitutunun direktoruna yaxınlaşaraq bu barədə soruşanda, o, cavabında "bizdə dərman yoxdur", deyib. Xəstə uşaqların xaricdə müalicə almasının səbəbi isə həm lazımı aparatlar, həm də lazımı şərait olmaması ilə əlaqədardır. Uşaqların 40-50 %-i xaricdə, çoxu İranda, bəziləri Minskdə müalicələrini davam etdirirlər. Bu və ya digər problemlərlə bağlı Nazirliyə müraciət olunsa da, hələ ki, heç bir cavab verilməyib".
Əlillərin Dizayn Assosasiyasının sədri, \"Onkoloji Xəstə Uşaqlara və Ailələrinə İnistisional yardım Mərkəzi\" yaradılması Layihəsinin rəhbəri Solmaz Əzizova bu gün belə xəstə uşaqların yalnız müalicəyə ehtiyacının olduğunu söyləyib. "Bu gün Hemotologiya və Transfuziologiya Elmi Tədqiqat İnstitutunda 16 yaşa qədər 270-ə yaxın xəstə var. Keçən il isə bu rəqən 285 idi. Onların müalicəsi üçün 124 adda pulsuz dərman var, lakin onların hamısından istifadə olunmur. Təəssüflər olsun ki, ölkə qanunvericiliyində ankoloji uşaqlarla bağlı sənəd yoxdur. Bundan əlavə, institutun tərkibində anko-hemotoloji şöbə yaradılmalıdır. Bu və ya digər səbələrdən, mövcud problemlərdən valideynlərin bir çoxu İrana, bəziləri isə digər ölkələr üz tutur. Bildiyimiz kimi, qan xərçənginin müalicəsi ölkə xaricində aparılır. Uşaqların və ailələrinin ehtiyacları haqqında məlumat bazası hazırlanır. Mövcud problemlərin həlli istiqmaətində isə birgə səylər görülməli və işlər aparılmalıdır\".
Hər halda bu gün bilməlidir ki, belə ölümlə anbaan mübarizə aparan uşaqlarımız var! Gəlin, onların taleyinə biganə qalmayaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB