“Qan xərçənginə tutulmuş uşaqların müalicəsinə ayrılan vəsaitin şəffaflığı”
Bu gün "Media dördüncü hakimiyyət rolunda" proqramı çərçivəsində "Qan xərçənginə tutulmuş uşaqların müalicəsinə ayrılan vəsaitin şəffaflığı" adlı ictimai müzakirə keçirir. SİA-nın xəbərinə görə, müzakirələri Azərbaycan Media Mərkəzi, Yeni Nəsil Jurnalistlər Birliyi və RATİ birgə təşkil edilib. Müzakirə jurnalist araşdırması nəticəsində aşkar olunan faktları ətrafında qurulub.
Müzakirədə Hemotologiya və Transfuziologiya Elmi Tədqiqat İnstitutunun, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak edib.
Tədbirdə qeyd olunub ki, ölkədə qan xərçənginin müalicə olunması ilə bağlı bir çox işlər görülsə də hələ də bir sıra problemlər mövcuddur. Bunların həlli istiqamətində müəyyən işlər görülməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB