Bakıda şagirdin kəskin ürək-ağciyər çatışmazlığı səbəbindən öldüyü müəyyənləşib

Bakıda şagirdin kəskin ürək-ağciyər çatışmazlığı səbəbindən öldüyü müəyyənləşib

Qaradağ rayonunda 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlunun ölümünün səbəbləri barədə ekspertiza rəyi açıqlanıb.


Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev deyib ki, şagirdin ölümünün səbəbi ilkin olaraq peyvəndlə əlaqələndirilsə də, ekspertiza nəticəsində bu, öz təsdiqini tapmayıb.


Ş.Musayev bildirib ki, şagirdin ölümünün səbəbi onun bu hadisədən əvvəl ağciyərində keçirdiyi interstisial pnevmoniya, ürəyin mikral qapağının revmatizm mənşəli zədələnməsi, ürək əzələsinin hiperterapiyası nəticəsində inkişaf edən kəskin ürək-ağciyər çatışmazlığı olub.


1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu noyabrın sonlarında məktəbin qarşısında qəflətən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə