Tələbələrin humanitar fənlərlə bağlı ali məktəblərdə təhsil alması daha məqsədəuyğundur

Tələbələrin humanitar fənlərlə bağlı ali məktəblərdə təhsil alması daha məqsədəuyğundur

Tələbələrin humanitar fənlərlə bağlı Azərbaycanın ali məktəblərində təhsil alması daha məqsədəuyğundur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.O bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına humanitar fənlərin daxil edilməsi təkliflərdən asılıdır. Nazirin sözlərinə görə, əgər akademiya və digər qurumlardan belə təkliflər olarsa, bunu nəzərə almaq olar.

"Hər hansı ölkədə gedib vətənpərvərliklə bağlı təhsil almayacağıq. Bu təhsilin Azərbaycanda verilməsi daha düzgündür.Bəzi siyasi elmlərin proqrama salınması mümkün ola bilər. Məsələn, proqram çərçivəsində hüquqşünas hazırlamaq olar. Amma bunun az sayda, ehtiyac olduğu sayda olması faydalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə