Abel Məhərrəmov: \"Xaricdə Təhsil üzrə Dövlət Proqramının hədəfləri düzgün müəyyənləşməlidir\"

Abel Məhərrəmov: \"Xaricdə Təhsil üzrə Dövlət Proqramının hədəfləri düzgün müəyyənləşməlidir\"

Xarici ölkərə təhsil almaq üçün göndərilən tələbələr həmin ölkələrin elmi mühitini Azərbaycana gətirməlidir. SİA-nın verdiyi xəbərə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bu gün Təhsil Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, xaricdə Təhsil üzrə Dövlət Proqramının hədəfləri düzgün müəyyənləşməlidir: "Gəncləri əsas doktorantura üzrə xaricə təhsil almağa göndərməliyik. Belə olan halda onlara magistratura-doktorantura üçün hərbi xidmətdən möhlət hüququ verilməlidir. Hər bir ali məktəb qarşısında məsələ qoyulmalıdır ki, xaricı tələbə göndərməklə hansı elmi məktəbi yaradıla bilər. BDU-da artıq hər hansı fakültədə ingilis qrupları yaradılır. Onlar gələcəkdə xaricə gedə bilən potensiallardır. Biz səviyyəmizi qaldırmalıyıq. Səviyyə də o zaman qalxa bilər ki, bir adam gəlib ətrafında 3 magistr yetişdirsin".

A.Məhərrəmov qeyd edib ki, ölkədə gedən islahatlarla xaricə gedən tələbələr arasında bağlılıq olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə