Misir Mərdanov Xaricdə təhsil üzrə Dövlət Proqramından danışdı

Misir Mərdanov Xaricdə təhsil üzrə Dövlət Proqramından danışdı

"Gələcəkdə Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasən tələbələrin diplomdan sonra hər hansı xarici ölkədə təhsillərini davam etdirmələri nəzərdə tutulur". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 16 yaşlı hər hansı məktəbi bitirən gəncin yalnız ABŞ və digər xarici ölkələrə təhsil almağa getməsi düzgün deyil. "Bunun əhəmiyyəti də yoxdur. Ali məktəblərin 1, 2-ci pilləsini (bakalavr, magistr) bitirənlər müəyyən yaşdan sonra təhsillərini davam etdirmək üçün xaricə getməsi daha məqsədə uyğundur. Əgər hansısa dövlət qurumunda bakalavr, magist pilləsi üzrə ixtisaslı kadra ehtiyacı yaranarsa, bu halda müəyyən yaş dövründə olan tələbə xaricdə təhsilini davam etdirər və qayıtdıqdan sonra həmin orqanda işlə təmin oluna bilər"- deyə nazir qeyd edb.

Həmçinin o bildirib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin arasında bakalavr pilləsində təhsil alanların sayı üstünlük təşkil edir. Bundan narahat olduğunu deyən Mərdanov qeyd edib ki, daha çox diplomdan sonrakı təhsil üzrə xaricdə təhsilin təşkil olunmasında maraqlıdırlar.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə