Respublikada QİÇS xstəliyinə yoluxanların sayı 3 minə çatıb

Respublikada QİÇS xstəliyinə yoluxanların sayı 3 minə çatıb

Respublikada QİÇS xəstəliyinə yoluxanların sayı 3 minə çatıb. Gəncədə isə bu say 50-yə yaxındır. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva bildirib.

Onun sözlərinə əsasən Azərbaycan bu xəstəliklə dünya ölkələri arasında sonuncu yerləri tutsa da ötən illərlə müqayisədə xəstəliyin artdığı müşahidə olunmaqdadır. Gəncədə bu xəstəliyə yoluxan soydaşlarımızın əksəriyyəti başda Rusiya olmaqla, xarici ölkələrdə yaşayan və sonradan şəhərə qayıdan şəxslərdir.

Digər fakt isə ondan ibarətdir ki, Azərbaycanda, o cümlədən Gəncədə QİÇS virusu daşıyıcıları daha çox narkomanlardır. Başqa sözlə desək, adıçəkilən xəstəlik narkotik vasitələr qəbul edən şəxslərdə daha çox qeydə alınıb, nəinki xəstə tərəfmüqavili ilə cinsi əlaqədə olanlarda. Hazırda respublikada bu istiqamətdə tiədbirlər dvam etdirilməkdədir. Müxtəlif mərkəzlər yaradılıb, Qeyri Hökümət Təşkilatları (QHT) da problemin həllinin aradan qaldırılmasına cəlb olunub. Ancaq hələlik nəticə ürəkaçan şəkildə deyil.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə