Dekabrın 17-də Qafqaz Universitetində İEEE (The Institute of Electrical and Electronics Engineers – Elektronika və Radioelektronika üzrə Mühəndislik İnstitutu) Tələbə Seminarı keçiriləcək. SİA-nın xəbərinə görə, seminarda IEEE-nin yaranma tarixi, perspektivləri, tələbə dərnəkləri, klub və konfransları, bu təşkilata üzv olmağın yolları və üstünlükləri məsələləri müzakirə olunacaq. Tədbirin sonunda dialoq şəklində müzakirələr aparılacaq, seminarın gündəliyində duran məsələlərlə bağlı broşür və materiallar paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB