Ali təhsil müəssisələrində müxtəlif istiqamətli biznes inkubatorlar fəaliyyətə başlayacaq
Ali təhsil müəssisələrinin bazalarında eksprimental olaraq müxtəlif texnologiyalarla bağlı, biznes və digər istiqamətli inkubatorlar fəaliyyətə başlayacaq. SİA-nın xəbərinə bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bunun nəticəsində inkubatorların sayı artacaq və fəaliyyəti genişlənəcək. Bu inkubatorların fəaliyyətə başlaması üçün konkret zamanın göstərilmədiyini deyən nazir müavini qeyd edib ki, bunlar artıq Azərbaycanda var və ilk addımlar atılır.
"Bizim istəyimiz odur ki, yeni iqtisadi forma olan bu şəbəkə daha da genişlənsin və daha əhatəli olsun. Gələcəkdə nəinki Bakı şəhərini, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə edə bilsin. İlkin olaraq dövlət proqramına uyğun olaraq bu təhsil müəssisələrinin bazasında yaranacaq", - deyə İ.Babayev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB