Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. 2 saylı İngilis dili fakültəsi tərəfindən baş tutan tədbirdə Heydər Əliyevin xatirəsinə həsr edilmiş şer müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra fakültənin dekanı, dosent Vəfa Bənnayeva "Azərbaycan mənim həyatımdır, ümidimdir" deyən Ümummilli liderin xatirəsini şer müsabiqəsi ilə yad etmək istədiklərini deyib. Heydər Əliyevin daim Azərbaycan xalqının qəlbində yaşayacağını deyən dekan tələbələrin bugünkü günə öz töhfələrinin olduğunu bildirib.
Sonra tələbələr Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat veriblər. Şer müsabiqəsində ümummilli lider Heydər Əliyevə, vətənpərvərliyə, ölkəmizə həsr edilən müxtəlif şerlər səslənib.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı digər bir tədbir isə Filologiya fakültəsi tərəfindən təqdim olunub. Bir dəqiqəlik sükutdan və dövlət himnindən sonra tələbələr ümummilli liderin həyat və fəaliyyəti, müxtəlif dövrlərdə gördüyü məqsədyönlü işlər haqqında məlumat veriblər. Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov qeyd edib ki, elə şəxslər var ki, onlar öz millətinin taleyində silinməz iz qoyur, özünəməxsus yer tuturlar: "Ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir".
Anım mərasimi "Xalq Heydər söyləyəcək" mahnısının sədaları altında başa çatıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB