"Birliyə Doğru" İctimai Birliyinin həyata keçirdiyi "Sosial məsuliyyət və SƏN 2" adlı müsabiqədə Azərbaycan Dövlət İqtisad Universiteti də iştirak edir. SİA-nın xəbərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin "Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində" (SİFE ADİU) qrupu müsabiqəyə "Qadın böyük qüvvədir" adlı layihə ilə qatılıb. Azərbaycan Dövlət İqtisad Universitetinin tələblərindən təşkil olunmuş SİFE ADİU komandası juri və sms səsverməsində birinciliyi əldə edərək növbəti mərhələyə iştirak hüquq qazanıb. Müsabiqənin əsas məqsədi cəmiyyətdə olan sosial məsuliyyət anlayışını düzgün istiqamətdə formalaşdırmaq, cəmiyyətin ictimai aktivliyini artırmaq, onun sosial təbəqəyə aid problemlərin həllində iştirakını və müxtəlif sahələrdə məlumatlılıq səviyyəsini artırmağa kömək etməkdir.
SİFE ADİU komandası
layihəsinin əsas məqsədi özəl şirkətlərlə əlaqə quraraq onların Bakı şəhərində
yerləşən qadın koloniyalarına sifariş verməsini təmin etməkdir. Əsas istehsal
sahəsi kimi toxuculuq sexinə malik olan cəzaçəkmə müəssisələri seçilmişdir.
İstehsal olunmuş məhsulların sifarişçi firmalarda və əvvəlcədən razılaşdırılmış
məkanlarda xüsusistendlərin qurulması ilə satışının təşkil olunması, bir sıra
sosial tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB