Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, travmatologiya-ortopediya, laboratoriya işi və kardiologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 96 həkim iştirak edib.

İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 88 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları urologiya və nevrologiya ixtisasları üzrə dekabrın 14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə