Moskva meri BDU-nun əməkdaşını təltif edib

Moskva meri BDU-nun əməkdaşını təltif edib

Moskva şəhərinin meri Sergey Sobyanin Bakı Dövlət Universitetinin əməkdaşı, iqtisad elmləri namizədi, dosent Çingiz Həsənovu 1941-1942 illərin qışında Moskva ətrafıda alman-faşist qoşunlarına qarşı Sovet Ordusunun əks-hücumu başlamasının 70 illik yubileyi ilə əlaqədar təbrik edib. SİA-nın xəbərinə görə, Sergey Sobyanin Çingiz Həsənova və onun ailəsinə cansağlığı, firavanlıq, nikbinlik və uzunömürlülük arzulayıb. Mer Sergey Sobyanin bu münasibətlə Çingiz Həsənovu medalla təltif edib.

Çingiz Həsənov 1922-ci ildə doğulub, 1940-cı ildə Sovet Ordusu sıralarına çağrılıb, və Böyük Vətən Müharibəsinin sonunadək düşmənə qarşı vuruşub. BDU Həmkarlar Komitəsinin sədri, Az.KP MK-nın şöbə müdiri olub və 20 ilə yaxın müddətdə Azərittifaqa rəhbərlik edib. Çingiz Həsənov 5 kitabın və 50 məqalənin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə