BDU “Thomson Reuters” Agentliyinin məlumat bazasından istifadə edəcək

BDU “Thomson Reuters” Agentliyinin məlumat bazasından istifadə edəcək

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov \"Thomson Reuters\" Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional meneceri David Xorki və satış meneceri Mətin Tunçu ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor qeyd edib ki, agentlik ilə əməkdaşlıq Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması baxımından xüsusilə əhəmiyyətli olacaq. "Thomson Reuters" məlumat bazası 100-dən çox ölkə tərəfindən istifadə olunur. Nüfuzlu universitetlərin reytinq müəyyən edildikdə məhz bu agentliyin məlumat bazasından istifadə olunur. Bazada beynəlxalq konfranslar, impakt-faktorlu elmi jurnallar barədə informasiya yerləşdirilib.

Akademik A.Məhərrəmov agentliyin məlumat bazasını əldə etmək üçün bir sıra dövlət orqanları ilə müvafiq memorandum layihəsinin birgə nəzərdən keçirilməsi zərurətinin vurğulayıb. Tərəflər agentliyin məlumat bazasının gələcəkdə istifadə istiqamətləri və imkanları haqqında fikir mübadiləsi aparılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə