ADU-da yazıçı-dramaturq Afaq Məsudla görüş keçirilib

ADU-da yazıçı-dramaturq Afaq Məsudla görüş keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) yazıçı-dramaturq Afaq Məsudla görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva universitetdə ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşün istər müəllimlər, istərsə də tələbələr üçün vacib olduğunu deyib. Afaq Məsudla budəfəki görüşün filologiya fakültəsinin III kurs tələbələrinin təşəbbüsü ilə baş tutduğunu qeyd edən F. Səfiyeva istər universitet rəhbərliyinin, istərsə də kafedranın yalnız bir məqsədinin olduğunu söyləyib. Onun sözlərinə görə, bu məqsəd də yalnız tələbələri daha da maarifləndirmək və onların dünyagörüşünün artırılmasından ibarətdir.

Sonra Afaq Məsudun həyat və yaradıcılığını əks etdirən video-slayd görüş iştirakçılarına təqdim edilib. Tələbələrin ifasında "O məni sevir" pyesindən bir parça göstərilib. Görüşdə A.Məsud tələbələrin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə