Xaricdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi prosesi sadələşdiriləcək

Xaricdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi prosesi sadələşdiriləcək

Xaricdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi prosesinin sadələşdirilməsi planlaşdırılır. SİA-nın xəbərinə görə. bu barədə təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, bu yaxınlarda Təhsil Nazirliyinin növbəti kollegiya iclasında bu məsələ müzakirə edilərək müvafiq qərar veriləcək.

Q.Novruzov Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil haqlarının keçirilməsi ilə bağlı heç bir problemin olmadığını deyib. Onun sözlərinə görə, bəzi kiçik ləngimələr olub, lakin heç bir ciddi problemdən söz gedə bilməz.

Nazir müavini həmçinin, Azərbaycan alimlərinin əsərləri və ölkənin elm-təhsil sahəsindəki digər nailiyyətlərinin dünya elmi məlumat bazaları şəbəkəsinə çıxarılması üçün "Tomson Reuters" Agentliyi ilə danışıqlar aparıldığını söyləyib. O qeyd edib ki, bu şəbəkəyə qoşulmaqla müxtəlif mövzularda olan Azərbaycan alimlərinə aid əsərlərə istənilən ölkədən aparılan axtarış nəticəsində çıxış imkanı əldə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə