Hərbi xidmətdən möhlət hüququ kimlərər verilə bilər?

Hərbi xidmətdən möhlət hüququ kimlərər verilə bilər?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi Milli Məclisə yenidən təqdim olunub. SİA-nın xəbərinə görə, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, dekabrın 13-də bu qanun layihəsi Milli Məclisdə yenidən müzakirə olunacaq və oxunuşda yenidən baxılacaq.

Millət vəkili qeyd edib ki, magistraturaya daxil olan şəxslərin guya hərbi xidmətə getdikdən sonra təhsildən yayınmaları barədə deyilənlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, çox insanlar var ki, hərbi xidmətdən qayıdandan sonra ali məktəbə daxil olurlar və belə hallar da mövcuddur.

"Xaricdə təhsil alan, xüsusi ixtisaslı və xüsusi istedada malik şəxslərə, dünya olimpiadalarının qaliblərinə müvafiq orqanlar tərəfindən təqdimat olarsa, onlara hərbi xidmətdən möhlət hüququ verilə bilər. Yəni bu kriteriyaları özündə birləşdirən şəxslərlə bağlı müvafiq qanunvericiliyə maddə salına bilər. Amma ümumilikdə magistraturaya daxil olan şəxslər də digər Azərbaycan vətəndaşları kimi həqiqi hərbi xidmətə getməlidirlər", - deyə o əlavə edib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə