Məktəblilər arasında keçirilən bilik yarışının şəhər mərhələsi başlayır

Məktəblilər arasında keçirilən bilik yarışının şəhər mərhələsi başlayır

Məktəblilər arasında keçirilən bilik yarışının şəhər mərhələsinə start verilir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının SİA-ya verdiyi xəbərə görə, şəhər mərhələsinin ilk turu dekabrın 11-də təşkil olunacaq. O bildirib ki, bu turda təxminən 8000-ə yaxın şagirdin iştirakı gözlənilir.

İştirakçılara 3 saat vaxt veriləcək. Bu turda Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, biologiya, coğrafiya, xarici dil fənləri üzrə VII - XI, fizika fənni üzrə VIII - XI, kimya fənni üzrə IX - XI, informatika fənni üzrə isə X - XI sinif şagirdləri iştirak edə biləcəklər.Bilik yarışı 11 rayon üzrə 13 məktəbdə təşkil ediləcək. Həmin mərkəzlər isə Yasamal rayonu üzrə 20, Nəsimi rayonu üzrə 152, Nizami rayonu üzrə 220, Suraxanı rayonu üzrə 278, Sabunçu rayonu üzrə 309, Səbail rayonu üzrə 160, Nərimanov rayonu üzrə 258, Xəzər rayonu üzrə 181, Binəqədi rayonu üzrə 3 və 276, Qaradağ rayonu üzrə 288, Xətai rayonu üzrə isə 95 və 138 saylı orta məktəblərdir.

Şəhər turunda qalib gələn şagirdlər yanvarın 8–də keçiriləcək ikinci tura vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə