Rusiya və Ukraynanın ali məktəblərində boş plan yerlərinə azərbaycanlı abituriyentlər attestatla imtahansız qəbul ola bilərlər
"Xoşagəlməz halların qarşısını almaq üçün ilk növbədə şəffaflığı təyin etmək lazımdır. Gərək sürətlə Tələbə-Məzun Sistemi tam işlək duruma gətirilsin və onun əsasında kimin harada və necə təhsil alması da müəyyən olunsun. Biz artıq təhsil işçiləri üçün seminarlara başlamışıq, kimlər ki bu sistemə məlumatları vaxtında daxil etməyəcək, onlar cəzalanacaq". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, təhsil sistemində qanunsuzluqların aradan qaldırılması və ali məktəbə daxil olmayan tələbələrin köçürülməsi hallarının qarşısını almaq üçün Tələbə-Məzun Sisteminin yaradılması mühüm rol oynayacaq.
M.Abbaszadə xarici ölkə universitetlərinə tələbələrin köçürülməsi barədə də
danışıb. Rusiya və
Ukraynada müəyyən demoqrafik problemlərin olduğunu deyən M.Abbaszadə qeyd edib
ki, onlar Azərbaycanın abituriyentlərini xarici tələbə kimi qəbul etmək
istəyirlər. Onun sözlərinə görə, Rusiya və Ukraynanın ali məktəblərdə
boş plan yerləri qaldığı üçün həmin yerlərə azərbaycanlı abituriyentləri yalnız
attestatla və imtahansız qəbul edirlər: "Onlar tələbəni sıfır balla qəbul edib,
onu öyrədir və mütəxəssis kimi yetişdirirlərsə, bu, müsbət haldır. Amma formal olaraq,
tələbələri sentyabrda qəbul edir, yanvarda isə Azərbaycanın ali məktəblərinə
köçürəcəksə, bu yaxşı hal deyil".
TQDK sədri vurğulayıb ki, bəzən üzrlü səbəblərdən köçürmə halları da olur: "Lakin 15 nəfərin birdən Dağıstan Universitetindən Bakıya köçürülməsi başqa şeyi deyir. Bu məsələdə cəmiyyətin məsuliyyətli olması vacibdir. Həmçinin üzərinə məsuliyyət düşən adamlar da bu hallara yol verməməli, xoşagəlməz məqamları aradan qaldırmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB