Ali məktəblərə hazırlıq məqsədilə yanvarda keçiriləcək sınaq imtahanlarının vaxtı dəyişdiriləcək. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, yanvarda keçirilməsi nəzərdə tutulan sınaq imtahanları fevral ayında baş tutacaq: "Biz işçilərimizin maaşlarını ödəməliyik. Ona görə də, müəyyən texniki səbəblərə görə yanvar ayında sınaq imtahanı keçirə bilməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB