Səhiyyə Nazirliyi “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yeri qazanıb
Səhiyyə Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müküfatına layiq görülüb. SİA-nın xəbərinə görə, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "İKT üzrə ən yaxşı kitab", "İKT üzrə ən yaxşı elmi məqalə" və "Ən yaxşı elektron xidmət" müsabiqəsi keçirilib.
Müsabiqədə Səhiyyə Nazirliyinin "Tibbi müayinə kartı sistemi" ilə əlaqədar təqdim etdiyi elektron xidmət "Ən yaxşı elektron xidmət" nominasiyasında 2-ci yer ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB