Hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü - Aşurada Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib. SİA-nın xəbərinə görə, respublika üzrə 3409 nəfər könüllü olaraq qan verib və ümumilikdə 1363,6 litr qan tədarük olunub. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür.
Qeyd edək ki, hər il Aşura günündə qan vermək istəyən vətəndaşların sayı daha da artır. Belə ki, 2010-cu ildə 2210 nəfər könüllü qan verib və 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB