BDU-nun bir neçə tələbəsi Yaponiyanın elmi mərkəzlərinə göndəriləcək

BDU-nun bir neçə tələbəsi Yaponiyanın elmi mərkəzlərinə göndəriləcək

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri, akademik Abel Məhərrəmovun və dostluq qrupunun üzvləri və Yaponiyanın Azərbyaycandakı səfiri Şusuke Vatanabe ilə görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan-Yaponiya münasibətlərindən danışılıb və məmnunluq ifadə olunub. A.Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib. O da məlum olub ki, bu il Dövlət Proqramı çərçivəsində bir neçə tələbənin Yaponiyanın elmi mərkəzlərinə göndərilməsi planlaşdırılıb.

Səfir də öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnun olduğunu vurğulayıb. Bakı Dövlət Universiteti ilə Yaponiyanın bir neçə ali təhsil mərkəzinin əməkdaşlıq etdiyini deyən səfir, münasibətlərin daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Sonda humanitar əlaqələrin daha da genişləndirilməsi məqsədilə universitetdə Yapon Mədəniyyət Mərkəzinin açılması təklif olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə