Azərbaycanın yığma komandası 8-11 dekabrda Samsung Electronics şirkətinin dəstəyilə Cənubi Koreyanın Busan şəhərində keçiriləcək Ümumdünya Kompüter Oyunlarında iştirak edəcək. SİA-nın xəbərinə görə, bu barədə Samsung Electronics şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq üzrə meneceri Oqtay Məmmədov xəbər verib. Onun sözlərinə görə, Azərbaycan komandası yeddi cyber-idmançıdan ibarətdir. Onlar ölkəmizi həm komanda növlü, həm də tək-tək oyunların qran-finallarında təmsil edəcək.
Azərbaycanın yığma komandasının tərkibi Gənclər və İdman Nazirliyi və Samsung Electronics şirkətinin dəstəyilə Kompüter Oyunları Assosiasiyası tərəfindən Bakı, Sumqayıt və ölkənin digər regionlarında keçirilmiş seçmə oyunların nəticəsində müəyyənləşdirilib. O.Məmmədov qeyd edib ki, Ümumdünya Kompüter Oyunlarında 60 ölkəni təmsil edən 650 oyunçu iştirak edəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan sözügedən yarışda 2006-ci ildən iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB