Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir. Təbii ki, müəllimlər də öz işlərində məsuliyyətli olmalı və gələcək üçün görkəmli şəxsiyyətlər yetirilməlidir. Bütün bunları nəzərə alaraq müəllimlərinin əməyinin qiymətləndirilməsi də çox vacibdir.
Ötən gün dövlət başçısı İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Bir neçə gün öncə isə prezidentin sərəncamı ilə minium əmək haqqı 10% artırılıb. Bununla da artım müəllimlərin əməkhaqqına 20% həcmində müsbət təsir edəcək. Təbii ki, bütün bunlar dövlətin ölkə təhsilinin, müəllimlərin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
7 saylı məktəbin direktor müavini Elmira Rəhimova son illərdə ölkənin dünyanın ən inkişaf etmiş ölkələri sırasında olduğunu deyib. Onun sözlərinə görə, qloballaşan dünyada Azərbaycan müəllimi hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunub: "Daim məktəblər, müəllimlər diqqət mərkəzində olub. Məktəblərə göstərilən sonsuz qayğı, günü-gündən ən ucqar rayonda belə yeni məktəblərin tikilməsi, əsaslı təmiri, hər bir avadanlıqla təchiz edilməsi müəllimləri sevindirir və qürur hissi oyadır. Təbii ki, bu gün məktəbdə işləyən müəllimlər sözün əsl mənasında fədaidirlər. Belə bir ölkənin müəllimi olmaq şərəfli bir işdir".
Müəllimə qeyd edib ki, ötən gün prezident İlham Əliyev müəllimlərə olan hörmətinin və sevgisini onların əmək haqlarının artırılması ilə bir daha göstərdi: "Biz inanırıq ki, ölkəmiz get-gedə inkişaf edəcək, müəllimlərin maaşı günü-gündən artırılacaq, onları maddi rifahı yaxşılaşacaq. Buna inanır və dövlət başçımıza güvənirik".
Hər halda müəllimlərin əmək haqqının artırılmasının onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərəcəyinə inanırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB