Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə saxta diplomaların aşkarlanması məsələrinə münasibət bildirib. SİA-nın xəbərinə görə, M.Abbaszadə deyib ki, komissiyanın Tələbə-Məzun Məlumat Bazası fəaliyyət göstərir və nəzarətçi kimi bazaya daxil olan hər bir müəllim barədə məlumatlar ilk öncə yoxlanılır.
"Bu bazadakı müəllim yaşı 56-60, 51-55, 41-50, 34-40 arası intervallarında bölünür. İmtahanlarda yalnız 90-ci ildə məktəbi bitirən insanlardır. Çox gənc müəllimləri nəzarətçi kimi imtahanlara cəlb etmirik. 20 yaşlı müəllimlər imtahanda abituriyentin də 20 yaşı ola bilər. Abituriyentlərə eyni yaşlı müəllimlərin nəzarət etməsi pedaqoji cəhətdən düzgün deyil. Bütün bunları nəzərə alıb müəyyən bir qisim gəncləri istifadə edirik. Amma test imtahanından keçərək ali məktəbi bitirən müəllimləri sayı çox deyil. Əsas o müəllimlərdir ki, məktəbi əvvəllər bitirib. Güman edirəm ki, o dövrdə saxta diplomların paylanmasına Sovet hökuməti imkan verməzdi", - deyə o əlavə edib.
M.Abbaszadə ölkədə abituriyent hazırlığı ilə bağlı fəaliyyət göstərən kurslarla bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, heç bir kurs komissiyanın hazırlıq kursu ilə konkurent ola bilməz: "Bu kurslardan müəyyən bir laboratoriya kimi istifadə edirək metodikaları yoxlayır, araşdırmalar üçün müəyyən məlumatlar oradan alınır. Ölkədə müxtəlif növ tədris kursları fəaliyyət göstərir. Çox zaman bu kursların hazırladığı vəsaitlərdə qeyd olunur ki, TQDK planlaşdırdığı testlər burada çap olunub. Biz nəyisə plaşlaşdıranda, onlar guya həmin testləri bilirlər. Bu müəyyən bir pullu xidmətlər göstərən biznes münasibətləridir. Biz bu proseslərdə iştirak etmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB