M.Abbaszadə: “Mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz puç oldu”
"Biz çox istərdik ki, attestat qiymətlərinə uyğun olaraq qəbul qaydalarını dəyişək. Amma təəssüflər olsun ki, orta məktəblərdə keçirilən mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlərimiz puç oldu". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu il keçirilən qəbul imtahanlarında məzunların imtahan göstəriciləri ilə attestat ballarının bir-birinə uyğunluğunu əks etdirən "Abituriyent" jurnalının 12-ci buraxılışı yaxın vaxtlarda hazır olacaq və bununla əlaqədar xüsusi konfrans keçiriləcək.
M.Abbaszadə qeyd edib ki, 2014-cü ildən tələbə qəbulu yeni model əsasında keçiriləcək. Onun sözlərinə görə, bununla bağlı komissiya öz təkliflərini hazırlayır: "Hazırda təhsilin gələcək 10 ili üzrə Təhsil Strategiyası hazırlanır və hələ ki müzakirə edilməyib. İstərdik ki, bu konsepsiya müzakirə edildikdən sonra qəbul olunsun. Çünki bizim yeni modelə keçməyimiz yeni konsepsiyada nəzərdə tuulan müəyyən işlərlə uzlaşmalıdır deyə hələ ki mən yeni model barədə heç nə deyə bilmərəm. Konsepsiya müzakirə olunanda biz bu model barədə məlumat verəcəyik və ümidvaram ki, qəbul olunacaq. Bundan sonra ictimaiyyətə ətraflı məlumat vermək olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB