Ali məktəblərə qəbul zamanı əsas müsabiqə yalnız dövlət sifarişli yerlərdə olacaq

Ali məktəblərə qəbul zamanı əsas müsabiqə yalnız dövlət sifarişli yerlərdə olacaq

Növbəti 3 il üçün dövlət sifarişli yerlərə qəbul planı artıq noyabr ayında Nazirlər Kabineti tərəfindən Tələbə Qəbul üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə qəbul zamanı əsas müsabiqə yalnız dövlət sifarişli yerlərdə olacaq: "Çünki bizdə kifayət qədər ödənişli yerlər var ki, bu il boş qalıb. Yəqin ki, gələcəkdə də boş qalacaq. Kifayət qədər özəl ali məktəblər var ki, onlar öz tələbələrini tapmırlar və insanlar həmin ali məktəblərdə oxumaq istəmirlər. Onlar dövlət sifarişli yerlərə qəbul olunmayıbsa, özəl ali məktəbdə oxumaqdansa, orta ixtisas məktəblərini üstün tuturlar".

M.Abbaszadə qeyd edib ki, Nazirlər Kabineti tərəfindən növbəti 3 il üçün nəzərdə tutulan dövlət sifarişli ixtisasların siyahısında qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya yerlər yoxdur. Onun sözlərinə görə, Təhsil Qanununda da qeyd olunub ki, magistratura bu sahələrdə yoxdur: "Magistratura yalnız elmi araşdırmalarla, gələcəkdə elmlər məşğul olmaq istəyən insanlar üçün nəzərdə tutulub. Bu Nazirlər Kabineti tərəfindən bizə verilən qərardır və bununla əlaqədar müvafiq işlər aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə