Qəbul imtahanlarında öz işini yüksək səviyyədə həyata keçirən nəzarətçilər mükafatlandırıldı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011-ci ildə ali və orta ixtisas təhsili müəssislərinə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə həyata keçirən nəzarətçi müəllimlərin təltif olunması ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il qəbul imtahanlarında ümumilikdə 5042 nəfər nəzarətçi iştirak edib. Onun sözlərinə görə, qəbul imtahnaları başa çatdıqdan sonra nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb: "Hazırda TQDK-nın nəzarətçilər bazasında 44 bölgədən 7500-dən artıq nəzarətçi müəllimin adı var. Bu müəllimlər hamısı müvafiq treninqlərdən keçiblər. Bu müəllimlərin imtahanda ictimaiyyəti təmsil edirlər. Belə demək mümkündür ki, imtahanları TQDK əməkdaşları yox, ictimaiyyətin nümayəndələri idarə edirlər".
M.Abbaszadə qeyd edib ki, imtahanlardakı nümunəvi
fəaliyyətinə görə, 636 nəzarətçiyə təşəkkül elan edib, 28 müəllimi fəxri
fərmanlarla təltif edib. TQDK sədri vurğulayıb
ki, indiyə qədər TQDK tərəfindən qəbul imtahanlarında nümunəvi
fəaliyyət göstərən 170 nəfər təltif edilib. Onun
sözlərinə görə, həmin müəllimlərin pedaqoji fəaliyyətlərinin
qiymətləndirilməsində bu amilin nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə,
müvafiq təhsil şöbələrinə və orta məktəblərə məktublar ünvanlanıb.
Tədbirdə həmçinin 18 ildən çox zaman ərzində komissiyada fəaliyyət göstərən əməkdaşlara Əmək veteranı vəsiqəsi təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB