Azərbaycanda yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlanıb
Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları gələn il 28 yanvar - 15 aprel tarixlərində keçiriləcək.
Azərbaycan Təhsil Nazirliyi 2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları gələn il 28 yanvar - 15 aprel tarixlərində keçiriləcək.
Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları gələn il 2 iyun - 23 iyun tarixlərində, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları fevralın 25-də, buraxılış imtahanları isə aprelin 24-də olacaq.
Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək.
2011/2012-ci dərs ilində ümumi və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi üçün artıq respublika ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin məlumat bazası yaradılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB