Gələn ildən “Elektron əmr” proqramı fəaliyyət göstərəcək

Gələn ildən “Elektron əmr” proqramı fəaliyyət göstərəcək

Tibb müəssisələrində kadrların uçot sisteminin avtomatlaşdırılması məqsədilə yaradılan "Elektron Əmr" (E-Əmr) proqramı üzrə növbəti treninqlərə start verilib. SİA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrində tibbi kadrların avtomatlaşdırılmış uçot sistemini tətbiqi məqsədilə gələn il yanvarın 1-dən "Elektron əmr" proqramı fəaliyyət göstərəcək. Respublika üzrə tibb müəssisələrinin kadrlar işi üzrə mütəxəssislər üçün təşkil olunacaq təlimlər 16 dekabrdək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə