Tikinti sektorunu ixtisaslı kadrlarla təmin etmək üçün yeni Resurs Mərkəzi yaradılıb

Tikinti sektorunu ixtisaslı kadrlarla təmin etmək üçün yeni Resurs Mərkəzi yaradılıb

Bu gün 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin açılışı keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində təhsil naziri Misir Mərdanov, Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Peter Zigler və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, mərkəzin yaradılmasında məqsəd inşaat sahəsi üzrə ölkənin əmək bazarının tələblərinə uyğun kadrlar;n hazırlanması, dünyanın qabaqcıl peşə hazırlığı təcrübəsindən geniş istifadə edilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması və tikinti sektorunun ixtisaslı kadrlarla təmin olunmasından ibarətdir. Onun sözlərinə görə, hazırda 4 nömrəli Bakı Peşə Liseyində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanıb. Nazir vurğulayıb ki, gələcəkdə Bakı və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində belə mərkəzlərin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, MDB ölkələrində KNAUF şirkətinin 14 tədris mərkəzi fəaliyyət göstərir və burada 37000 mütəxəssis hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə