Azərbaycan təhsilində bütün sahələr üzrə yeniliklər ediləcək

Azərbaycan təhsilində bütün sahələr üzrə yeniliklər ediləcək

Gələcək illər üçün nəzərdə tutulan Təhsil Strategiyasına əsasən təhsil sahəsində bir çox yeniliklər olacaq. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov deyib ki, təhsilin bütün pillələri və səviyyələrində dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan mexanizmlər tətbiq ediləcək: "Müəllim seçimi, təhsil infrastrukturunun formalaşmasında, xaricdə təhsil, peşə təhsili, məktəbəqədər təhsil müəssisələri ilə bağlı çox ciddi addımların atılacağı gözlənilir. Təhsilin maliyyələşməsi ilə bağlı çox ciddi yeniliklər ediləcək. Amma bir az səbr etmək lazımdır. Proqram təsdiq olunub, onun işlək mexanizmi hazırlanıb təsdiq olunduqdan sonra bu barədə daha geniş danışmaq olacaq. Bu gün təsdiq olunmayan, hələ ki müzakirə olunan məsələ ilə bağlı konkret fikir söyləmək istəmirəm".

Nazir yeni Təhsil Strategiyasına əsasən müəllimlərin akreditasiyadan keçirilməsinin könüllü olacağını deyib. M.Mərdanov hələlik bu bar\'də danışmağın tez olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə