Peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problemi olan sahədir

Peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problemi olan sahədir

"Bu gün əsas prioritetlərdən biri hesab olunan peşə təhsilinə maraq xeyli artıb. Amma bu sahədə bir çox problemlər mövcuddur". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problemi olan sahədir. Bir müddət bu sahənin diqqətdən kənarda qaldığını deyən nazir vurğulayıb ki, son illərdə prezident tərəfindən xüsusi tapşırıq verildikdən sonra bu sahənin inkişafı ilə bağlı proqram həyata keçirilir və bu sahədə irəliyə doğru addımlar atılıb.

"Amma hələ böyük bir işin başlanğıcındayıq. 2012-ci ilin dövlət büdcəsindən peşə təhsilinin inkişafına müəyyən məbləğdə maliyyə ayrılıb. Əlbəttə, dövlət büdcəsində nəzərdə tutulan vəsait dövlətin peşə təhsilinin maliyyələşməsi üçün nəzərdə tutulur. Amma hər hansı bir layihənin həyata keçirmək üçün investisiya layihələri hazırlanır. Bununla bağlı büdcədə hələ ki bir şey görünmür, olanda bu barədə danışacağıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə