Nazir: “Təhsil Nazirliyi saxta diplomlarla bağlı araşdırmanı davam etdirir”
Təhsil Nazirliyi saxta diplomlarla bağlı araşdırmanı davam etdirir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirliyin əsas məqsədi saxta diplomlarla işləyənlərin qarşısını almaqdır: "Saxtalığı bəlli olan diplom sahibləri harada işləmələrindən asılı olmayaraq, işdən uzaqlaşdırılacaqlar. Saxta diplomlarla bağlı günahı olan bütün şəxslər isə öz cəzalarını alacaqlar".
Xatırladaq ki, Azərbaycanda təhsil sənədlərinin ekspertizası məqsədilə 150 min müəllimdən 1/3-dən çoxunun, yəni 58 970 nəfərin sənədləri araşdırılıb. Bunu dekabrın 3-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanov deyib. Araşdırmalar nəticəsində saxta diplomla işləyən 455 nəfər müəyyən edilib, onların hamısı işdən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB