Misir Mərdənov Beynəlxalq Universitetin adının dəyişdirilməsinə münasibət bildirib

Misir Mərdənov Beynəlxalq Universitetin adının dəyişdirilməsinə münasibət bildirib

Yaxın vaxtlarda Azərbaycanda ali təhsil məktəbləri üçün yeni və müasir kampusların tikilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda ilk ali təhsil məktəbləri – Azərbaycan Diplomatik Akademiyası, Mülki Aviasiya Akademiyası və Moskva Dövlət Universitetinin Bakı filialında ən müasir kampuslar tikilməkdədir: \"Biz gələcəkdə digər ali məktəblər üçün də kampusların tikilməsini planlaşdırırıq\"- deyə əlavə edib.

M.Mərdanov həmçinin Yeni il şənliyi ilə bağlı məktəblərdə biletlərin uşaqlara məcburi satılmasına da münasibət bildirib: \"Heç kəs şagirdə məcburi bilet sata bilməz. Bu şagirdlərin və valideynlərin istəyi ilə ola bilər\".

Beynəlxalq Universitetin adının dəyişdirilməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirən nazir deyib: \"Mənim belə məlumatdan xəbərim yoxdur və belə bir şey yoxdur\".

Bütün xəbərlər Facebook səhifəmizdə